Azərbaycanda cəmi bir modul xəstəxana qalıb

  • 06 İyn 2022 14:01
  • 386 Baxış
Azərbaycanda  cəmi bir modul xəstəxana qalıb

Azərbaycanda koronaviruslu xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanalar fəaliyyətini dayandırıb, yalnız bir xəstəxana fəaliyyət göstərir.



Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.


Z.Əliyev bildirib ki, Azərbaycanda koronavirus xəstələrinin sayı azaldığı üçün modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb, ehtiyyat üçün bir xəstəxananın fəaliyyəti davam etdirilir.