Azərbaycanda da yayılan Streptokokk – Əlamətləri, müalicəsi

  • 2024.03.18 19:59
  • 1046 Baxış
Azərbaycanda da yayılan Streptokokk  – Əlamətləri, müalicəsi

Streptokokk infeksiyasının mənbəyi yoluxmuş insandır. Xəstələr bir müddət simptomsuz olur.


“Medicina” patogenin yoluxma yollarını təqdim edir.


- Aerogen – xəstə insanla yaxın ünsiyyət, təmas
- Qida yolu ilə - süd, süd məhsulu

- Əşyalarla – eyni əşyadan istifadə
- İntranatal – cinsi yolla

Streptokokk fakultativ-aerob növdə bakteriyadır.

Çox az sayda dəridə, sidik kisəsində, boğazda, mədə-bağırsaq sistemində olur.

Bir neçə növü var:

• A hemolitik Streptococcus – irinli infeksiyalara səbəb olur, pnevmoniya yaradır

• B hemolitik – A, B, C, D, F, G 5 qrup təhlükəli oyadıcılar daxildir.

Hazırda ən aktiv növ A qrup Streptococcus pyogenes-dir. O, burun, boğaz, tənəffüs sisteminin, ürək və böyrəklərin xəstəliklərinə səbəb olur.

Bakteriya çox dözümlüdür, 60 dərəcə istiliyə və antibiotiklərə davamlıdır. Bəlğəmdə tüpürcəkdə bir neçə ay da canlı qala bilir. Antiseptiklər, spirt təsirsizdir.


Streptokokk qana zəhər buraxır ki, nəticədə güclü immun cavab başlayır: sitokin, histamin yüksəlir.

Zəif immunitet zamanı orqanizm cavab müqaviməti göstərməyə bilər. Bu zaman xəstəlik ağır, müalicə uzun çəkir.

Streptokokk laringit, faringit, irin, skarlatina, dəri infeksiyaları, toksik şok sindromu verə bilər.

İnfeksiya əkmə analizi ilə diaqnoz olunur.
Eləcə də antibiotik rezisdentlik testi aparılır.


Müalicəsini həkim infeksionist aparmalıdır.

Aygün Musayeva