Azərbaycanda daha 167 yeni yoluxma qeydə alındı - 148 nəfər sağaldı

  • 2020.09.03 19:45
  • 2461 Baxış
Azərbaycanda daha 167 yeni yoluxma qeydə alındı -  148 nəfər sağaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2094 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.