Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü

  • 2020.09.26 15:39
  • 2181 Baxış
Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7965, ötən müddət ərzində isə ümumilikdə 1 095 543 test aparılıb.