Azərbaycanda daha bir hamilə qadın öldü

  • 2023.01.18 14:55
  • 2904 Baxış
Azərbaycanda daha bir hamilə qadın öldü

Tərtərdə hamilə qadın evdə ölüb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə Tərtər rayonunun, Hüsənli kəndində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.

Mərhumun yaxınlarının sözlərinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, ötən gün Göyçayda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib.