Azərbaycanda daha bir karantin qadağası BİTDİ

  • 2022.03.05 18:49
  • 1808 Baxış
Azərbaycanda daha bir karantin qadağası    BİTDİ
Sabahdan Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Medicina.az xəbər verir ki, qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarən

- mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.

Bu məkanlar gecə yarıya kimi işləyə və istədiyi qədər adam qəbul edə bilər.

Vəziyyət pandemiyadan əvvəlki dövrə qayıdır.