Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Səmayyə Xeyrulla qızı Nəzərova dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, S. Nəzərova 2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi çalışıb.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Allah rəhmət eləsin,