Azərbaycanda dəhşət: 5 yaşlı uşaq qaynar qazana düşdü

  • 2022.08.06 16:00
  • 1896 Baxış
Azərbaycanda dəhşət: 5 yaşlı uşaq qaynar qazana düşdü


Zaqatalada 5 yaşlı uşaq qaynar su olan qaba yıxılıb.

Bakupost.az APA-ya istinadən bildirir ki, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub.

Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub.

Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.