Azərbaycanda bir ailə dərmanlı undan zəhərlənib - "Qulaq, burun, ağızlarından qan gəlirdi"

  • 2021.01.16 18:21
  • 13073 Baxış
Azərbaycanda bir ailə dərmanlı undan zəhərlənib  - "Qulaq, burun, ağızlarından qan gəlirdi"

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov ölkəmizdə baş verən zəhərlənmələrlə bağlı danışıb.

Medicina.a media.aa istinadən xəbər verir ki, həkim ailələrdə ən çox zəhərlənmələrin hansı səbəbdən baş verdiyi barədə maraqlı faktlar açıqlayıb.



O qeyd edib ki, insanlar daha çox məişətdə istifadə olunan kimyəvi vasitələrdən istifadə edirlər:

“Bəzən insanlar siçovul dərmanından da zəhərlənirlər. Bu indi rodentisidlərə aiddir. Rodentisidlər anbarları, zirzəmiləri, taxıl emalı zavodlarını və müəyyən bitkiləri siçovullardan, siçanlardan və digər gəmiricilərdən qorumaq üçün istifadə olunur. Yeri gəlmişkən, o insan üçün xüsusi təhlükə yaratmır”.

Maqsudov deyib ki, uzun müddət savadsızlıqları ucbatından siçovul zəhəri ilə özlərini zəhərləyən bir ailə onlara müraciət edib:

“Gəmiricilərdən qorunmaq üçün adi una siçovul zəhəri əlavə ediblər. Və sonra bu undan çörək bişiriblər. Üstəlik, bu çörəklə ev heyvanlarını, mal-qaranı da yemləyiblər. Heyvanlar demək olar ki, dərhal ölüblər, ancaq özlərini daha az zəhərləyiblər. Məsələ ondadır ki, siçovul zəhərinin uzun müddət istifadəsi insanda hemofiliyada olduğu kimi qanda laxtalanmanı əngəlləyir. Qırmızı qan hüceyrələrinin parçalanması baş verir, trombositlər əmələ gəlmir, qan faktiki olaraq laxtalanmır, daxili qanaxmalar başlayır və insan ölə bilir”.

Maqsudov bildirib ki, həmin ailənin üzvlərində də məhz burundan, ağızdan, qulaqdan qanaxma başlayıb:

“Onlar çox ağır vəziyyətdə xəstəxanaya daxil oldular və müalicələri təxminən bir ay davam etdi”.

O, dərman zəhərlənməsindən də bəhs edib. Maqsudov deyib ki, bu kimi zəhərlənmələrə daha çox dərmanın artıq dozada qəbulu səbəb olur:

“Məsələn, həkim resept yazır, ancaq xəstə dozaya əhəmiyyət vermir və daha çox dərman qəbul edir. Elə hallara da rast gəlinir ki, xəstə reseptə ciddi şəkildə riayət edir, ancaq nədənsə bədən bu dərmanı qəbul etmir”.