Azərbaycanda din xadimi məsciddə intihar etdi

  • 2022.10.20 18:33
  • 1622 Baxış
Azərbaycanda din xadimi məsciddə   intihar etdi


Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.


"Medicina" xəbər verir ki, H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, intihar etməzdən əvvəl məktub yazaraq heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.