Azərbaycanda əhalinin yarısında çatışmayan vitamin - İnsanı halsız robota döndərir

  • 26 May 2021 17:32
  • 2211 Baxış
Azərbaycanda əhalinin yarısında çatışmayan vitamin  -  İnsanı halsız robota döndərir

Orqanizmdə uzun müddət kəskin B 12 vitamini çatışmaması bədəndə qəfil dəyişikliklərə səbəb olur, insanın psixikasını belə dəyişir. 100 həkim gəzsən də, dərdinə dərman tapılmır .


Medicina.az xəbər verir ki, orqanizmin düzgün fəaliyyəti üçün vacib olan B 12 Azərbaycanda demək olar, əhalinin yarıdan çoxunda çatışmır.

Onun əsas funksiyası qanın və sinirlərin sağlamlığını təmin etməkdir.

B 12 defisiti sinir sisteminə kritik zərbə vurur və nevroloji pozuntular yaradır

Alimlər bu vitamin çatışmazlığından orqanizmdə baş verən 7 xarici əlaməti təqdim edir.

Bu əlamətlər çoxlarında var.

- Görmədə zəiflik, dumanlı görmə
- Yaddaşda, diqqətdə zəifləmə
- Uyuşma, keyimə, dəridə iynəbatırma hissi

- Ataksiya – hərəkətlərdə kordinasiyanın itməsi, yəni yeriyəndə səndələmə, danışanda fikirləşib danışmaq, ləngimə
- Ayaqlarda ağrı, periferik sinirlərin zədələnməsi
- Sinədə sıxılma, təngnəfəslik
-
Kəskin B 12 çatışmazlığı hansı xəstəlik və problemləri yaradır?

- Dərin depressiya, nevroz, apatiya, xroniki yorğunluq
- Demensiya
- Sidiyi saxlaya bilməmək
- Dad və iybilmədə zəifləmə

- Oynaqlarda ağrı
- Ümumi əzginlik, gücsüzlük

B 12 çatışmazlığı qanazlığı, anemiya, avitaminoz ilə bağlıdır. Daha çox xəstəliklərdən, zəif qidalanmadan sonra yaranır.
Ət yeməyən insanlarda çox olur.


Bəzən qan analizində normal çıxması heç də o demək deyil ki, orqanizmdə kifayət qədərdir.
Ona görə yuxarıdakı əlamətlər varsa və hemoqlobininiz azdırsa, mütləq B 12 ni artırın.

Aşağıdakı fotoda B 12 ilə zəngin qidalar cədvəlidir. Bu ərzaqları hər gün bol yeməlisiz