Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda əkiz doğulanların sayı artır

  • 2023.09.13 18:35
  • 1774 Baxış
Azərbaycanda əkiz doğulanların sayı artır

Bu il Azərbaycanda 1972 əkiz, 93 üçəm, 4 dördəm doğulub

"Medicina" xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumaına görə, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.