Azərbaycanda ən aşağı yoluxma bu bölgədədir - FOTO

  • 2021.03.31 10:45
  • 1636 Baxış
Azərbaycanda ən aşağı yoluxma bu bölgədədir -  FOTO
Bakı şəhəri üzrə COVID-19 virusuna yoluxma artıb.

Medicina.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə paytaxt üzrə yoluxma faizi 52.9 faiz idisə, hazırda bu göstərici 53.7 faizə yüksəlib.
Sonrakı yerlərdə 12.9 faizlə Abşeron, 12.4 faizlə Aran, 7.8 faizlə Gəncə-Qazax, 3.5 faizlə Şəki-Zaqatala, 2.9 faizlə Quba-Xaçmaz, 2.7 faizlə Lənkəran, 2.4 faizlə Dağlıq Şirvan, 1.4 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ölkə üzrə ən aşağı yoluxma faizi ənənəvi olaraq, Naxçıvan Muxtar Respublikasındadır.

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların 0.3 faizini təşkil edir.