Azərbaycanda epidemioloji vəziyyət sabit deyil

  • 2024.01.18 16:03
  • 505 Baxış
Azərbaycanda epidemioloji vəziyyət  sabit deyil

“Hazırda Azərbaycanda da digər ölkələrdə olduğu kimi, yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bir çox yoluxucu xəstəliklər baş qaldırır: “Qripin ağır növləri yayılmağa başlayıb. Qızılca ilə bağlı problem yaşanır”.


Komitə sədri qeyd edib ki, yoluxucu xəstəliklər daim nəzarətdə olmalıdır: “Nəzarət bir qədər zəifləyəndə xəstəlikdə alovlanma baş verir. Hər hansı yoluxucu xəstəliyin silinməsi onun tamamilə sıradan çıxması demək deyil.

Yəni xəstəlik hər zaman geri qayıda bilər. Ona görə də, bu sahədə fəaliyyət göstərən qurumlar daim ciddi tədbirlər görməlidirlər. Ümumilikdə yaz sessiyası müddətində aidiyyəti qurumların iştirakı ilə Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub”.
Azərbaycanda epidemioloji vəziyyət  sabit deyil