Azərbaycanda həkim xərçəngdən vəfat etdi

  • 2022.06.14 13:47
  • 2604 Baxış
Azərbaycanda həkim xərçəngdən vəfat etdi


Azərbaycanda baş həkim xərçəngdən vəfat etdi


Medicina.az xəbər verir ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Muradov Eldar Murad oğlu vəfat edib.

Həkim bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Eldar Muradov 3 may 1957-ci ildə anadan olub. 1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.