Azərbaycanda iki yazıçı koronavirusa yoluxdu

  • 2021.03.03 15:09
  • 1595 Baxış
Azərbaycanda iki yazıçı koronavirusa yoluxdu

Yazıçı Azər Abdulla COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, A.Abdulla hazırda Yeni Klinikada reanimasiya şöbəsindədir:

“Süni tənəffüs aparatına qoşulub, vəziyyəti bir az ağırdır. Mən özüm də yoluxmuşam, amma vəziyyətim kritik deyil. Evdə müalicə kursu alıram”.