Azərbaycanda ilk: Amerikan Estetik dərnəyinin uzmanları ilə Estetik Kamp keçiriləcək

  • 2022.06.24 19:15
  • 2951 Baxış
Azərbaycanda ilk: Amerikan Estetik dərnəyinin uzmanları ilə    Estetik Kamp keçiriləcək

İyulun 4-10 tarixlərində Bakıda Azərbaycanda ilk dəfə Tibbi Estetik Kamp keçiriləcək.


Türkiyədə çalışan azərbaycanlı uzman həkim, üz-çənə cərrahı Elmir Seyidli tərəfindən yaradılmış ES Medical Academy Azərbaycanda həkimlər və kosmetoloqlar üçün beynəlxalq sertifikatlı estetik və dental təlimlərə başlayır.


Medicina.az xəbər verir ki, 6 günlük master kamplarda əsas estetik prosedurlar – botulin toksin terapiya, üz gərmə, saplar, dolğular, dodaq, burun dolğusu, kök hüceyrə üzrə ən son metodikalar, üzün anatomik incəlikləri öyrədiləcək.
Təlimə Amerikan Estetik dərnəyinin üzvləri, Board sertifikatlı Tansel Turan hoca və komandası qatılaraq, Amerika, Avropa, Türkiyədə həkimlərin tətbiq etdiyi ən son yöntəmləri əyani olaraq canlı pasiyent üzərində göstərəcək.

Eyni zamanda Azərbaycandan estetik-plastik cərrah Adil Cümşüdov kök hüceyrənin medikal estetikdə tətbiqi üzrə master-klass keçirəcək.


Proqrama daxildir:

- Botoksun üzdə, əldə, ayaqda, qoltuqaltında tətbiqi
- Yanaq, üz, çənə, burun dolğusu – qadın və kişi üzündə dolğunun fərqləri
- Dolğu ilə qaş qaldırma
- Dodaq dolğusu və s.
- Üzün anatomik incəlikləri, strukturu

- Eləcə də dolğu zamanı damara düşməmək və ya damara düşdüyü təqdirdə geli çıxarmaq üçün USM altında işləmək yöntəmləri öyrədiləcək.

Kampa istənilən sahədən həkimlər, estetik cərrahlar, kosmetoloqlar, dermatoloqlar qatıla bilər.

Elmir Seyidli bildirib ki, dünyada estetik cərrahiyyə, kosmetologiya üzrə hər il yeni texnikalar, məhsullar çıxır. Bunları öyrənib tətbiq etmək lazımdır.

“Azərbaycanda botoks, dolğu, xüsusən qaş qaldırma, burun və üz dolğularında çox səhvlərə yol verilir.
Həmçinin çənə dolğusunu da yanlış edirlər, qadınları kişiyə bənzədirlər. Qadınla kişinin çənə dolğuları fərqlidir.
Yeni texniki yöntəmlə dolğunun yeri dəyişdirilib, onu bir qədər daha yuxarıdan edirlər ki, daha üçbucaq şəkli alsın. Yanaq dolğusunda həddən artıq şişirtmə edirlər. Dolğuda adətən kosmetoloqlar orta üzdə 2-3-4 qram dolğu istifadə edirlər. Artıq bir nöqtəyə bir qram vurmaqla o effekti almaq mümkündür”.



Yaxın aylarda ES Akademy estetik cərrahiyyə, stomatoloji dental və meyit üzərində anatomik təlimlər təşkil edəcək. Təlimlər Bakıda və Türkiyədə keçiriləcək.

Qatılmaq üçün əlaqə telefonu:
+90 05335811343
+90 5396089909