- Yalnız yaşlı insanları müalicə edən şöbə fəaliyyət göstərirAzərbaycanda ilk dəfə

  • 2017.10.11 15:01
  • 13875 Baxış
 - Yalnız yaşlı insanları müalicə edən şöbə fəaliyyət göstərir Azərbaycanda ilk dəfə
60 yaşından yuxarı insanlara yeni tibbi xidmət


Azərbaycanda ilk dəfə olaraq açılan və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının nəzdində yaradılmış Geriatriya şöbəsi fəaliyyətini davam etdirir.


Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, şöbəyə artıq rayondan da pasiyentlər cəlb olunmağa başlayıb. Bildirilib ki, Geriatriya şöbəsində 15 palata, 31 çarpayı var. Hazırda 17 həkim çalışır. Noyabr ayında BMT-nin Qocalma İnstitutunun direktoru, professor Farmoza Bakıya gələcək. O, Klinikada Geriatriya üzrə seminar və mühazirələr keçəcək.


Şöbənin müdiri Azadə ƏIəkbərova bildirib ki, geriatrik tibb müəssisələri dünyanın çox ölkələrində var. Bütün dünyada yaşı 60-dan yuxarı pasiyentlərlə sırf geriatrlar məşğul olur. Yaşlı insanların düçar olduqları xəstəlikləri dar ixtisas üzrə çalışan mütəxəssislər nəzərə almaya bilər. Belə pasiyentlərdə "buket” toplu xəstəliklər problemi olduğundan, müxtəlif xəstəxanalar, həkimlər tərəfindən müalicə olunması mənfi nəticə verir. Xəstə bəzən gündə 20 -25 tablet qəbul edir. Ona görə belə xəstələrlə geriatrlar məşğul olmalıdır. 


Geriatr xəstəni tam müayinə edərək, ona yekun müalicə yazır və bu müalicə yaşlı insana zərər vurmamalıdır.  "Biz geriatr kimi indi formalaşmağa başlamışıq. Bu xidmət təkcə stasionar şöbədə yox, poliklinikalarda da qurulmalıdır”, - deyə həkim bildirib.