Azərbaycanda kişilər arasında intharlar daha çoxdur - Komitə sədri

  • 2021.12.27 15:56
  • 2279 Baxış
Azərbaycanda kişilər arasında intharlar daha çoxdur -  Komitə sədri
"Kişilər arasında intiharlar qadınlara nisbətən daha çoxdur".

Medicina.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, ancaq cəmiyyət qadın intiharlarına daha həssas yanaşır.

B.Muradova diqqətə çatdırıb ki, ölkədə doğulan uşaqlar arasında cins nisbətində rəqəmlər getdikcə təhlükəli xarakter alır: "Bioloji normanın pozulması halları sürətlənir. Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır”.