Azərbaycanda Koksaki virusu da yayıllır - Həkim

  • 14 Yan 2022 15:37
  • 772 Baxış
Azərbaycanda Koksaki virusu da yayıllır  - Həkim


"Hazırda geniş yayılan viruslardan biri də "Koksaki" virusudur".

Medicina.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

Mütəxəssis bildirib ki, "Koksaki" virusuna yoluxmuş uşaqlar 2 həftə müddətində karantində olmalıdılar:

""Koksaki" - çirkli əllər xəstəliyidir. 97% yoluxmalar qidadan olur - içməli və hovuzlarda təsadüfən udulan sudan, çirklənmiş qida məhsullarından və şəxsi gigiyena qaydalarına riayət etmədikdə yaranır. Bu virus 98% yoluxucudur, xəstənin özü və əşyaları ilə sıx əlaqədə olduğu halda yoluxma baş verə bilər.

Adətən bu virus xəstəliyini keçirən uşaqlar 3-10 yaşında olurlar. Yeni doğulmuş südəmər körpələrin orqanizmində, təbii qidalanma ilə əlaqədar, möhkəm immun qorunma mexanizmləri formalaşdığına görə, xəstəliyin qarşısı alınır. Yeniyetmə və böyüklərdə virusun orqanizmə düşməsi aktiv kliniki simptomatikanı artırmır, gizli (latent) formada keçir və sonradan xəstəliyə qarşı immunitet qazanması ilə nəticələnir.

İnkubasiya dövrü, yoluxma zamanından - səpgi şəklində ilkin əlamətlərin yaranmasına kimi, 10 gün təşkil edir. Eyni zamanda digər simptomlarda üzə çıxır: bədən temperaturun 38 dərəcə və daha yüksək olduqda, dil üzərində ərpin yaranması, ümumi zəyiflik, boğaz ağrıları, iştahın pozulması, boyun limfa düyünlərin böyüməsi kimi.

Rəngin ağarması, bədəndə, qulaqətrafı, barmaqlar arası, göyərmənin yaranması, orqanizmin su balansının pozulma əlamətləri, halsızlıq, dodaqların quruması, sidik ifrazının azalması, yuxululuq və başgicəllənmələr, kəskin baş ağrıları, iştahsızlıq, uzun sürən hərarət kimi sipmtomar həkimə dərhal müraciət etmək üçün səbəblər hesab olunur.

Bu virusa yoluxan uşaqların müalicəsinə intoksikasiya zamanı yataq rejimi, kifayət qədər vitamin və çoxlu suyun qəbulunu nəzərə alaraq, pəhrizin saxlanılması, ishal (diareya) və qusmalar olduqda - hidrasiya terapiyanın aparılması kimi prosedurlar daxildilər. "Koksaki" virusuna yoluxmuş uşaqlar 2 həftə müddətində karantində olmalıdılar".