Azərbaycanda 363 nəfər koronavirusa yoluxdu - 8 ölü

  • 2020.07.29 17:05
  • 3174 Baxış
Azərbaycanda 363 nəfər koronavirusa yoluxdu  - 8 ölü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6 288 nəfərdir.