Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

  • 2020.03.13 23:16
  • 4218 Baxış
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil".

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.


O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb".

"Hazırda koronavirusa yoluxan 15 nəfər var", - deyə İbrahim Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".