Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - Üç nəfər vəfat etdi

  • 2020.08.22 18:30
  • 3135 Baxış
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı -  Üç nəfər vəfat etdi
Azərbaycanda koronavirus infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan üç nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6557 test aparılıb.

Aktiv xəstə sayı isə 1748 nəfərdir.