Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

  • 2020.08.03 20:11
  • 2770 Baxış
Azərbaycanda koronavirusla bağlı   SON STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 5874 koronavirus testi edilib. Onlardan 241-i pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 744 837-ə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 259 nəfərdir. Onlardan 62 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 4456 nəfər aktiv koronavirus xəstəsi var.