Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

  • 2020.08.16 21:55
  • 2882 Baxış
Azərbaycanda koronavirusla bağlı   son vəziyyət açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

Bildirilir ki, hazırda ölkədə 1 838 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan 199 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə indiyə qədər 34 219 nəfər virusa yoluxub, onlardan 31 875 nəfər sağalıb.

Bu gün 5 712 test edilib. Ümumilikdə ölkə üzrə indiyə qədər 831 755 test aparılıb.