Azərbaycanda məktəblərdə Hepatit A yayılır

  • 2023.11.16 17:23
  • 1371 Baxış
Azərbaycanda məktəblərdə Hepatit A yayılır

Azərbaycanda Şagirdlər Arasında Hepatit A Virusuna yoluxma artıb.


"Medicina" xəbər verir ki, Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.