Azərbaycanda məktəbli dərs vaxtı bıçaqlandı

  • 2023.12.09 16:22
  • 1037 Baxış
Azərbaycanda məktəbli dərs vaxtı bıçaqlandı



Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.


Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb.