Azərbaycanda nevroloq qəbuluna gələn uşaqları təhqir edir - “Ağıldankəmsən...”

  • 2021.11.01 16:02
  • 9601 Baxış
Azərbaycanda nevroloq qəbuluna gələn uşaqları təhqir edir -  “Ağıldankəmsən...”
Azərbaycanda tanınmış professor, nevroloq Zakir Əliyevin qəbulunda olan uşaq pasiyent və valideynlərə qarşı absurd davranışı və sözləri valideynlərin etirazına səbəb olub.

Medicina.az xəbər verir ki, bu yaxında qəbulunda olan uşağı müayinə edib, ona birbaşa “sən ağıldan kəmsən, elə də belə də qalacaqsan” deyib.

Pediatr həkim Aytən İsmayılzadə professorun bu davranışına etiraz edib. O qeyd edib ki, yanına gələn valideynlər bu həkimin absurd davranış və təhqirlərindən şikayət edib və bu birinci dəfə deyil.



“Uşaq nevroloqu Zakir Əliyev. Siz lap akademik də ola bilərsiz, amma bir uşağa "sən ağıldan kəmsən, elə ağıldan kəm də qalacaqsan" deməyə ixtiyarınız yoxdur.

Biz tələbə olanda sizin adınızla bağlı çox mənfi söhbətlər eşitmişdik. Eşitmişdik ki, qəbula gələn bir ananın ağır nevroloji xəstəliyi olan uşağını zibil vedrəsinə qoymusuz ki, bundan daha uşaq olmaz.

Başqa ana deyir ki, qapını bağlayıb başına vurmusuz ki bu nə uşaq saxlamaqdı. Etdikləriniz həyatdan çıxara bilmədiyiniz acığınızdı, ya psixoloji probleminiz ya da uşaqlara həddən artıq "qayğınız".

Səhiyyə Nazirliyi daxilində bu işlər necə tənzim olunur bilmirəm. Görünür ki, indiyə kimi heç kimə bu məsələ maraqlı olmayıb. Şəxsiyyətin alçaldılmasına görə hüquq - muhafizə orqanlarına muraciət etməlidir yoxsa analar? Heç kəs də etmədiyinə gorə bu gunə kimi də bu doktor öz ampulasındadır.

Zatən ona muraciət edənlər ağır nevroloji, çox vaxt geridönməz problemləri olanlardır. Valideynlər bitkin olur. Onun bu davranışı hansı çərçivəyə sığa bilər? Ola bilər eşitdiklərimiz şayiə olub. Öz aramızda danışmışıq bitib. Amma bu yaxında olmuş hadisə məni onun haqda yazmağa məcbur etdi. Həm də elə bir ana mənə danışdı ki, özu ali təhsilli, jurnalist, səbrli, maarifli, mədəni bir xanım.


Burdan muraciət də məqsədim budur ki, bu məsələ işıqlandırılacaq. Və yaxşı olar ki kolleqadı, professordu, muəllimimiz olub deyərək yan keçməyək. Heç şubhə etmirəm ki onun bu munasibətlərini görub, yolunu başqa uşaq nevroloqlarından salanlar az olmayıb. Əgər mən təsadüfən biri ilə rastlaşdımsa, başqa pediatrlar uşaq nevroloqları, ya psixoloqlar daha çox hal ilə rastlaşıb. Bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətindədir, araşdırmalıdır”.


Qeyd edək ki. professor Zakir Əliyev qəbulu yüksək olan həkimlərdəndir. Həkimin müayinəsi 150 manatdır və nəhdud sayda xəstə qəbul edir.