Azərbaycanda nə qədər əkiz və üçəm doğulub

  • 2022.12.14 17:51
  • 1722 Baxış
Azərbaycanda nə qədər əkiz və üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 103502 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artıb.

"Medicina" xəbər verir ki, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub.

Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulub.