Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb

  • 2021.10.20 12:19
  • 1236 Baxış
Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb
"Mətbuat Şurasının təşkil etdiyi vaksinasiyaya indiyə qədər 1 100-dən çox media nümayəndəsi qatılıb".

Medicina.az xəbər verir ki, bunu "Report"a açıqlamasında şura sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, jurnalistlərdən 300 nəfərində koronavurusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü vəfat edib.