Azərbaycanda ölənlərin sayı artıb

  • 2022.08.25 17:55
  • 4817 Baxış
Azərbaycanda ölənlərin sayı artıb


Azərbaycanda 2021-ci ildə ölənlərin sayı 2020-ci illə müqayisədə 1,6% artaraq 76878 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi "2021-ci ildə Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlı hesabatında bildirib.

Hesabata görə, 2020-ci ildə ölənlərin sayı isə 75647 nəfər təşkil edib.


"Medicina" xəbər verir ki, 2021-ci ildə ölənlərin 46%-i qan dövranı sistemi xәstәliklәrindәn ölüb. 2021-ci ildə qan sistemi xəstəliklərindən ölənlərin sayı 2020-ci illə müqayisədə 41228 nəfərdən 41708 nəfərə kimi artıb.

Ölüm səbəbləri sırasında ikinci yeri yenitörәmәlәr (xərçəng şişi xəstəlikləri) tutur. 2021-ci ildə xərçəng xəstəliyindən ölənlərin ümumi sayı 8509 nəfər olub.

Bәzi infeksion vә parazitar xәstәliklәrdәn ölənlər üçüncü sırada gəlir. Bu xəstəlikdən 6677 nəfər ölüb. Ötən il tәnәffüs sistemi xәstәliklәrindәn 4115, hәzm sisteminin xәstәliklәrindәn 2659, sinir sistemi xәstәliklәrindәn 2520, sidik-cinsiyyәt sisteminin xәstәliklәrindәn 1241 nəfər ölüb.

Həmin il travmalar, zәhәrlәnmәlәr vә xarici sәbәblәrin tәsirinin bәzi digәr nәticәlәrindәn ölənlərin sayı 2993 nəfər təşkil edib.

Endokrin sistemin xәstәliklәri, ötən il qidalanma vә maddәlәr mübadilәsi pozuntularından 1700 nəfər vəfat edib.

Hesabata görə, Azərbaycanda anadangәlmә anomaliyalar (inkişaf qüsurları), deformasiyalar vә xromosom pozuntularından 181, qan, qanyaradıcı orqanların xәstәliklәri vә immun mexanizmin prosesә cәlb olunması ilә gedәn ayrı-ayrı pozuntulardan 66, hamilәlik, doğuş vә zahılıq dövründә 20, sümük-әzәlә sisteminin vә birlәşdirici toxumanın xәstәliklәrindәn 10, dәri vә dәrialtı toxumanın xәstәliklәrindәn 6 nəfər ölüb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ildə psixi pozuntular vә davranış pozuntularından ölən olmayıb.