Azərbaycanda pambıq sahəsində daha bir - kütləvi zəhərlənmə

  • 2022.07.04 14:51
  • 1475 Baxış
Azərbaycanda pambıq sahəsində daha bir        -  kütləvi zəhərlənmə


Saatlı rayonunda kütləvi zəhərlənmə olub.



Medicina.az xəbəe verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qəhrəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Dilbər Qəhrəmanova (Rusiya vətəndaşı) – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.