"Azərbaycanda pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb" - İlham Əliyev

  • 2022.04.26 14:50
  • 1277 Baxış
 "Azərbaycanda pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb"  - İlham Əliyev


Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlər tədricən aradan qaldırılır.

Medicina.az xəbər verir ki, bunu Prezident İlham Əliyev üst Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.


Görüşdə Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.