Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda panik atak xəstələrinin sayı durmadan artır

  • 2022.11.03 15:47
  • 1956 Baxış
Azərbaycanda panik atak xəstələrinin  sayı durmadan artır


“Pandemiya dövründə və sonra panik atak ilə müraciət edənlərin sayı fantastik surətdə artıb”.

"Medicina" xəbər verir ki, bunu psixoloq Elmir Əkbər AzTV-nin “Çıxışa doğru” proqramında deyib.

“Panik atak zamanı stres zənciri işə düşür, adrenalinin təsirindən təngnəfəslik yaranır. Oksigen səviyyəsi düşür. Bir tərəfdən də koronavirusdan irəli gələn tənəffüs problemi də insanları ölümə aparırdı. İnsanlar panik atakı, həyəcanı idarə edə bilsələr, ölüm halları azalacaq.

Artıq insan virusun üçüncü dalğasından sonra vəziyyətə rasional yanaşır. Gigiyenik normalar o qədər faydalıdır ki, virus oldu-olmadı bu qaydalara ciddi riayət edilməlidir”.

Aygün Musayeva