Azərbaycanda pensiya yaşı azaldılsın - Milli Məclisdə müzakirə

  • 05 May 2022 17:00
  • 594 Baxış
Azərbaycanda pensiya yaşı azaldılsın -  Milli Məclisdə müzakirə
"Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib".


Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.


Deputat bildirib ki, Azərbaycanda orta ömür uzunluğunu nəzərə alaraq pensiya yaşına yenidən baxmaq lazımdır: "Ölkəmizdə kişilərin pensiya yaşının 63, qadınların isə 60 olmasını məqbul hesab edirəm".


“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib. Son 30 ildə pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb. 30 il ərzində ömür uzunluğu 2 yaş artıb", - deyə deputat vurğulayıb.
Azərbaycanda pensiya yaşı azaldılsın -  Milli Məclisdə müzakirə