Azərbaycanda insanlara yararlılıq müddəti keçmiş peyvənd vurulur - TƏBİB-dən AÇIQLAMA

  • 2021.11.10 16:32
  • 4675 Baxış
Azərbaycanda insanlara yararlılıq müddəti keçmiş peyvənd vurulur -  TƏBİB-dən AÇIQLAMA
Bakıda “Leyla Medical Center”də vaksinasiya üçün gedən vətəndaşlara peyvəndin istifadə müddətinin bitdiyi deyilib. Bildirilib ki, bununla bağlı TƏBİB-ə müraciət edin.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayət xarakterli məlumatlar paylaşılıb.

Qeyd edilir ki, hətta digər klinikada tibb bacısına üçüncü doza vaxtı keçmiş “Pfizer” vaksini vurulub.

Bəs vaxtı keçmiş vaksini vurdurmaq təhlükəli deyilmi?

Məsələ ilə bağlı “Leyla Medical Center”lə əlaqə saxladıq.

Qeydiyyat şöbəsindən bildirdilər ki, “Pfizer” vaksinin istifadə müddəti noyabrın 9-da bitib:

“Əgər könüllü olaraq bu vaksini vurdurmaq istəyirsinizsə, gələ bilərsiz. Vaksinin vaxtını ÜST daha üç ay uzadıb”.

Bəs vaxtı keçmiş vaksin orqanizm üçün təhlükəli deyilmi sualına isə klinikadan dedilər ki, bunun məsuliyyəti bizim üzərimizdə deyil, istəyirsiniz vurdurun, istəmirsiniz vurdurmayın: “Öz seçiminizdir”.

TƏBİB-dən isə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, ÜST, Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib:

“Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədə uzadılıb”.