Azərbaycanda qadın ərini döydü - Kişi xəstəxanalıq oldu

  • 2022.07.05 16:25
  • 1705 Baxış
Azərbaycanda qadın ərini döydü   - Kişi xəstəxanalıq oldu


İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.


Medicina.az xəbər verir ki, qadınla həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.