Azərbaycanda revmatologiya üzrə tanınmış həkimin ad günüdür

  • 2023.02.01 14:06
  • 3133 Baxış
Azərbaycanda revmatologiya üzrə tanınmış həkimin   ad günüdür

Bu gün ATU Tədris Terapevtik Klinikasının direktoru, Əməkdar elm xadimi, Əməkdar həkim, professor Surxay Musayevin doğum günüdür.


Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunu Füzuli kəndində anadan olub. 1967-ci ildə Samux rayon M.Ə.Sabir adına orta məktəbi bitirib. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun Pediatriya fakültəsinə daxil olaraq, oranı fərqlənmə diplomu ilə bitirib.

1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent vəzifəsində işləyib. O, 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyalarını müdafiə edib, 1992-ci ildə professor elmi adını alıb.


Surxay Musayev ölkəmizdə tibb elminin inkişafına, xüsusilə uşaq xəstəlikləri ilə mübarizə işinə öz töhfəsini vermiş dəyərli alimlərimizdəndir.


O, respublika və bir çox xarici ölkələrdə çapdan çıxmış 150-dən çox elmi əsərin, dərs vəsaitlərinin, metodik tövsiyyələrin və monoqrafiyanın müəllifidir.

Professor uşaq revmatologiyası üzrə tanınmış mütəxəssis kimi respublikada bu tibbi xidmət sahəsinin daha da təkmilləşdirilməsi üçün bütün güc və biliyini sərf edir.


Surxay həkim 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 2000-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim”, 2010-cu ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Medicina.az professoru təbrik edib, uzun ömür arzulayır.