Azərbaycanda şagirdlər tüstüdən zəhərləndi

  • 2025.12.05 16:21
  • 49 Baxış
Azərbaycanda  şagirdlər tüstüdən zəhərləndi


Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.


Medicina.az xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagird, iki əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.