Azərbaycanda stomatoloq həkim vəfat etdi

  • 2022.09.23 14:16
  • 1979 Baxış
Azərbaycanda stomatoloq həkim vəfat etdi

Şəkidə tanınmış stomatoloq Elşad Quliyev vəfat edib.



Medicina xəbər verir ki, bu barədə onun dostu Murad Nəbibəyov sosial şəbəkədə məlumat yayıb.

O, 69 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Elşad Quliyev 1953-cü ildə Şəkidə anadan olmuşdu. 1969-1975-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdı.



O, məşhur bəstəkar Cavanşir Quliyevin qardaşı idi.



Stomatoloq həkim sabah saat 2-də Şəkidə dəfn olunacaq.