Azərbaycanda süni mayalanma dövlət hesabına həyata keçiriləcək

  • 2022.02.15 12:24
  • 1771 Baxış
Azərbaycanda süni mayalanma dövlət hesabına  həyata keçiriləcək

“Azərbaycanda ekstrakorporal (süni) mayalanma bir dəfə dövlət vəsaiti hesabına həyata keçiriləcək”.

Medicina.az -ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil ediləcək.