Azərbaycanda talassemiyalı uşaqların doğumu azalıb - Valeh Hüseynov

  • 2022.11.18 14:24
  • 1716 Baxış
Azərbaycanda talassemiyalı uşaqların doğumu azalıb   - Valeh Hüseynov

"Azərbaycanda gələcəkdə hematoloji xəstə uşaqların doğulma sayında ciddi şəkildə azalma olacaq".


"Medicina" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.



"Təbii ki, bu uzaq perspektivə hesablanmış bir dövlət proqramıdır. Artıq bu proqram öz bəhrəsini verməyə başlayıb. Talassemiya xəstəliyi ilə doğulan uşaqların sayında da azalma müşahidə olunur. Əsasən, bu cür irsi xəstəliklərdə müalicə üçün tez müraciət deyil, düzgün profilaktika üstünlük təşkil edir.


Buna görə də nikahdan öncə insanlara maarifləndirici proqramların keçirilməsi vacibdir. Bunun üçün dövlətimiz cütlükləri irsi testlərdən keçirib, bütün riskləri əvvəlcədən onlara izah edir. Düşünürəm ki, gələcəkdə bu cür xəstə uşaqların doğulma sayında ciddi şəkildə azalma olacaq. Statistik göstəricilərə görə, əvvəlki illərə nisbətən Azərbaycanda hematoloji xəstələrin sayında azalma müşahidə edilir".

Aygün M