Azərbaycanda tanınmış şair koronavirusdan vəfat etdi

  • 2020.10.23 14:58
  • 2142 Baxış
Azərbaycanda tanınmış şair koronavirusdan vəfat etdi

Əməkdar mədəniyyət işçisi, tanınmış şair, bir çox məşhur mahnıların söz müəllifi, “Azərbaycanfilmin” musiqi redaktoru İsmayıl Dadaşov dünən koronavirusun ağırlaşmasından vəfat edib.

Medicina.az xəbər verir ki, İsmayıl Dadaşov 5 gündən artıq idi xəstəxanada idi. Əlavə xəstəlikləri olduğu və xəstəxanaya gec müraciət etdiyi üçün o reanimasiya şöbəsinə ağırlaşmış vəziyyətdə qəbul edilmişdi.

Allah rəhmət eləsin!