Azərbaycanda tanınmış şair vəfat etdi

  • 2024.03.14 16:50
  • 804 Baxış
Azərbaycanda tanınmış şair   vəfat etdi


Şair, publisist Zeynal Vəfa vəfat edib.

Bu barədə APA-ya onun oğlu Xalq artisti Azər Zeynalov məlumat verib.

O, atasının bu gün səhər vəfat etdiyini bildirib.

Xalq artisti atasının “Qurd qapısı” qəbiristanlığında dəfn edildiyini deyib.

Qeyd edək ki, Zeynal Vəfa 1938-ci ildə Naxçıvanda anadan olub. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsində olub.

1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şer və poemaları rus, Ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poetik tərcümələri var.

"Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən", "Körpələrin xətrinə", "Beşiklərdən gələn səslər", "Ömrün beşinci fəsli", "Millətin xilaskarı" və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib.