Azərbaycanda tibbi maska istehsal ediləcək

  • 2020.03.14 19:55
  • 2329 Baxış
Azərbaycanda tibbi maska istehsal ediləcək
Azərbaycanda tibbi maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq.

Medicina.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, istehlak bazarında spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur.

Tibbi maskaların ölkəmizdə istehsalına gəlincə, nazir bununla bağlı addımların atıldığını vurğulayıb: "Yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisə işə düşəcək".