Azərbaycanda tibbi sığorta üzrə yığımlar 81,341 milyon manata çatıb

  • 2022.08.27 14:16
  • 1742 Baxış
Azərbaycanda tibbi sığorta üzrə yığımlar    81,341 milyon manata çatıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar 81,341 milyon manata yüksəlib.


“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.


Belə ki, ötən ilin yanvar-iyul aylarında tibbi sığorta üzrə 72,907 milyon manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə tibbi sığorta üzrə ödənişlərin həcmi 43,343 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,6% çoxdur. 2021-ci ilin yeddi ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 37,807 milyon manat olmuşdu.


Bu dövrdə könüllü tibbi sığorta üzrə zərərlilik nisbətən artıb. Belə ki, ötən ilin yanvar-iyul aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 51,9 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 53,3 manata yüksəlib.

Qeyd edək ki, Azərbaycanda könüllü tibbi sığorta bazarı əsasən öz işçilərini sığortalayan şirkətlərin hesabına formalaşır.