Azərbaycanda transplantasiya üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq

  • 2021.12.28 18:42
  • 1948 Baxış
 Azərbaycanda transplantasiya üzrə Koordinasiya Mərkəzi  fəaliyyətə başlayacaq

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq transplantasiya ilə bağlı donorlar və resipiyentlərin, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxslərin ümumi respublika bazası yaradılacaq”.

Medicina.az xəbər verir ki, bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.

T. Musayev deyib ki, bu sahədə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq: “Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra bu sahədə hər şey şəffaf şəkildə olacaq”.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.