Azərbaycanda uşağın ağzında "Duracell" batareyası partladı

  • 2023.01.25 17:42
  • 2101 Baxış
Azərbaycanda uşağın ağzında "Duracell" batareyası partladı


Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.

Medicina.az xəbər verir ki, LOR cərrah Qəhrəman Qəhrəmanov gənc oğlanı müayinə edib. Məlum olub ki, gəncdə qırtlaq qapağının bir hissəsi yoxdur. Əsas hissəsi dağılıb, çox kiçik hissəsi qalıb.

Xəstənin anası bildirib ki, illər öncə, oğlu yaş yarımlıq olanda evdə partlayış səsi eşidərək yuxarı qaçıb və uşağın ağzından qara tüstü çıxdığını, eləcə də tünd qara qara maye axdığını görüb.

Əlini ataraq ağızda partlamış Duracell batareyasının qalığını çıxarıb.

Həkim xəstənin əməliyyat olunaraq, estetik bərpaya ehtiyacı olduğunu bildirib. Batareyanın içindəki qatran kimi maye qırtlaq hissəni yandırıb.

“Əgər qırtlaq bərpa olunmasa, yemək qırtlaqdan nəfəs borusuna düşə bilər. Bu da həyati təhlükəlidir. Qidaları çox yumşaq, sulu qəbul etməlidir. Bu oğlana əsgərliyə getməyi də məsləhət görmürəm”.

Aygün Musayeva