Azərbaycanda uşaqlar arasında RSV virusu pik həddə çatıb - Həkim

  • 2023.01.11 17:56
  • 2379 Baxış
Azərbaycanda uşaqlar arasında  RSV virusu pik həddə çatıb  - Həkim

Qış ayları boyunca 3 virus bizi xəstə etmək üçün öz fürsətini gözləyir. Bu aylar daha ehtiyatlı olmalıyıq. Bu viruslar COVID-19, qrip və RSV-dir.


"Medicina" xəbər verir ki, bu barədə Binəqədi Tibb Mərkəzinin infeksionisti Aygül Əhmədova bildirib.



"Hazırda uşaqlar RSV virusunun təsiri altındadırlar. Ailə üzvləri də bu virusa uşaqlardan yoluxurlar. Bir virusdan sağalıb digərinə tutulurlar. Diqqətli olmaq, COVID-19 və qrip əleyhinə peyvənd olunmaq vacibdir.

RSV qrip və soyuqdəyməyə bənzər şikayətlərə səbəb olur. Daha çox ağciyərlərəri zədələyir. Ən çox yarımçıq doğulmuş körpələr və 2 yaşına qədər olan uşaqlar, 65 yaş üstü yaşlılar və immun sistemi zəif insanlar bu virusa daha tez yoluxurlar. Son illərdə RSV virusunun uşaqlarda yayılması pik həddə çatıb.

"COVID-19 üç ildir davam edir. Ağırlaşmalara az rast gəlinsə də, xəstəliyi yüngül simptomlarla keçirənlər də az deyil. Hazırda Omikronun alt variantları aktivdir. Şəkərli diabet, 65 yaş üstü yaşlılar və xroniki xəstəlikləri olanlar bu infeksiyanı ağır keçirirlər. 3 gündən artıq hərarəti olan pasiyentlər ən yaxın xəstəxanaya müraciət etməlidirlər".


A.Əhmədova üç virusun simptomlarının bir-birinə bənzədiyini deyib. Bildirib ki, yüksək hərarət, boğaz ağrısı, əzələ ağrıları, burun axıntısı, öskürək şikayətləri ilə özlərini biruzə verirlər. Bu viruslar hava damcı, fekal-oral (təmas) yolla yayılır, qorunmaq üçün 1.5-2m olan sosial məsafəni saxlamaq, əllərimizi təmiz yumaq, insanların toplu halda olduğu məkanlarda maska taxmaq, askıran, öskürən, temperaturu olan, özünü xəstə hesab edən insanlara maska taxmasının gərəkli olduğu haqqında məlumat vermək gərəkdir.