Azərbaycanda vaksin vurulanların sayı 500 mini keçdi

  • 2021.03.26 12:44
  • 1525 Baxış
Azərbaycanda vaksin vurulanların sayı 500 mini keçdi

Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.

Medicina.az -ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.